"Pablo" qasırğasının qurbanlarının sayı 900-ə çatıb

"Pablo" qasırğasının qurbanlarının sayı 900-ə çatıb

"Pablo"" qasırğası nəticəsində ölənlərin sayı 900 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 300 nəfər balıqçıdan xəbər yoxdur. Ölkənin cənubunda yerləşən Santos və Sarangani əyalətindən olan balıqçılar qasırğadan öncə ova çıxmışdılar.

Bu günə olan məlumatda isə ölənlərin sayı 900 nəfərə çatıb. Bütövlükdə qasırğadan 5 milyon Filippin vətəndaşına ziyan dəyib. Ölkədə 7 min ev yzararsız vəziyyətə düşüb. "Pablo"qasırğası son 20 ildə ölkənin cənub hissəsində baş vermiş ən şiddətli qasırğadır. Küləyin surəti saatda 170-200 km çatıb, güclü leysan yağışları daşqınlara və sürüşmələrə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə