Tərtər rayonunun Xoruzlu kəndində Günəbaxan tumları emalı sexinin ərazisində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, sexin ərazisində ayrı tikilmiş ümumi sahəsi 28 kv.m olan köməkçi tikilinin içərisinə yığılmış 600 kq tum qalıqlarının 200 kq-ı yanıb. Köməkçi tikili və tum qalıqlarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB