5 yaşlı iki uşaq kanalda batıb

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. 5 yaşlı iki uşaq kanalda batıb. Hadisə rayonun Nağıoba kəndində qeydə alınıb. 5 yaşlı Ruslan Ramiz oğlu Zəkiyev və onun həmyaşıdı Həzrət Azər oğlu Novruzov kəndin kənarından keçən su kanalında çimərkən batıblar. Valideynlərinin verdiyi məlumata görə, 5 nəfər uşaq havanın isti olmasından istifadə edərək kəndin kənarında yerləşən və dərinliyi 10 metr olan kanala çimməyə gedib. Çox keçmədən onların ikisinin cəsədini suyun üzündən tapıblar.

Batan uşaqlardan Ruslan Zəkiyev Xudat şəhər xəstəxanasına çatdırılsa da, həkimlər onungələrkən artıq dünyasını dəyişdiyini bildirirlər.

Xaçmaz Polis Şöbəsindən isə azyaşlıların boğulmasını valideyn səhlənkarlığı adlandırıblar. Həmçinin bildirilib ki, artıq faktla bağlı araşdırma aparılır. Hadisə yeri polis şöbəsinin əməkdaşları tərəfindən müayinə edilib.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə