Dəm qazı balanı anadan ayırdı

Dəm qazı balanı anadan ayırdı

Biləcəri qəsəbəsi, Fin evi küçəsi, ev 76 ünvanında bədbəxt hadisə qeydə alınıb. SİA xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində adıçəkilən ünvanda kirayə yaşayan 25 yaşlı Aynur Mehman qızı Baxşıyeva və onun azyaşlı qızı Zəhra hamamda çimərkən dəm qazından zəhərləniblər. Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə