Filippinin cənub sahillərinə fəlakət gətirən "Pablo" tayfunununda ölənlərin sayı 325 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda Filippin rəsmi idarələri məlumat yayıb. Təbii fəlakət nəticəsində 379 nəfər itkin düşüb, 411 nəfər isə yaralanıb. Tayfun 4,7 min evə ziyan vurub, onlardan 2 min ev tamamilə dağılıb. 185 min nəfər sığınacaqlara köçürülüb. Hazırda ölkədə quru paltar, dərman və çadır çatışmazlığı var. Tayfun nəticəsində təxliyə mərkəzlərinin damları sıradan çıxıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB