Bu gün Şirvan şəhərində qətl hadisəsi baş verib. Köhnə sürücülük məktəbinin binasında məskunlaşan Cəbrayıl rayon sakinləri 62 yaşlı Verdiyeva Rəfiqə Balaş qızı qətlə yetirilib, həyat yoldaşı 71 yaşlı Verdiyev Xudaverdi Məhəmməd oğlu boğazı kəsilmiş vəziyyətdə Şirvan şəhəri Mərkəzi Xəstəxnasına yerləşdirilib.
İlkin ehtimala görə, qadını əri Verdiyev Xudaverdi ailə münaqişəsi zəminində küt alətlə qətlə yetirdikdən sonra özünün boğazını və qarnını bıçaqla kəsib. Hadisəni gəlib ilk görən isə adı çəkilən şəxslərin oğlanları olub. Həkim cərrah Çingiz Həsənovun verdiyi məlumata Verdiyev Xudaverdi boğazının və qarnını ön divarının kəsilmiş yarası ilə əməliyyat olunaraq palataya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İqbal MİKAYILOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB