Qubada bacıoğlu dayısının təsərrüfatından oğurluq edib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Qubanın Zərdabi qəsəbəsində oğurluq hadisəsi baş verib. Hadisə Tahir Əliyevə məxsus təsərrüfatda qeydə alınıb. Gecə saatlarında tövləsindən bir baş iri buynuzlu mal-qarasının oğurlandığını görən təsərrüfat sahibi özü axtarışlara başlayır. Nəhayət iki saatdan sonra məlum olur ki, oğurluq edən şəxs onun bacısı oğlu 27 yaşlı Kamil Bəkir oğlu Nuriyevdir.
Oğurluq edən Kamil Nuriyev Xaçmaz rayonu ərazisində saxlandığı üçün Xaçmaz polisinə aparılır. Lakin hadisə Quba rayonu ərazisində olduğundan onun Quba RPŞ-nə göndərildiyi bildirilib.
Bu məsələdən belə qənaətə gəlmək olar ki, ya saxlanan şəxs qaçıb, ya da polis onu özü sərbəst buraxıb. Hər halda yeganə fakt oldur ki, cinayətkar hələ də cəzasız qalıb.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB