Qusar-Xudat yolunun 7-ci kilometrliyində, rayonunun Bədirqala kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xudat istiqamətində hərəkətdə olan 31 yaşlı Qusar rayon sakini Seyfəddin Mollayevin idarə etdiyi 44 BM 725 qeydiyyat nişanlı "QAZel" markalı yük maşını əks istiqamətdə hərəkət edən "VAZ 21 06" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Daha sonra "QAZel" markalı avtomobil piyada 39 yaşlı Qusar sakini Sevinc Balakişiyevanı və avtomobil aşıb.
Xəsarət alan piyada Qusar Rayon Xəstəxanasına yerləşdirilib. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlərlə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. "QAZel"-in sürücüsü Seyfəddin Mollayev, sərnişinləri - Yalçın Məlikov və Vüqar Rəhimxanov yüngül bədən xəsarətləri alıb. Qəzanın "QAZzel" markalı yük avtomobilinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB