Xalq artisti dəm qazından zəhərləndi

Xalq artisti dəm qazından zəhərləndi

Xalq artisti Rafiq Əzimov ("Yeddi oğul istərəm"də Şahsuvar) dəm qazından zəhərlənib. Bu barədə aktyorun özü məlumat verib.

Aktyor bildirib ki, hadisə bu gün səhər hamamda yuyunarkən baş verib: "Duzdu, huşumu itirmədim, amma halım pisləşdi. Dərhal yoldaşım, oğlanlarım, qonşular köməyə gəldilər, həkim çağırdılar".

Aktyor hazırda Mərkəzi Gömrük Hospitalında müalicə aldığını deyib: "Zəhərlənmənin nə dərəcədə olduğunu yoxlamaq üçün analiz götürüblər. Vəziyyətim yaxşıdır. Bütün tamaşaçılarıma salam deyirəm. İnşallah qısa zamanda sağalıb ayağa qalxacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə