25 yaşlı gənci kim döyüb?

Ötən gecə Bakı şəhəri Sabunçu rayonu ərazisində 25 yaşlı gənc naməlum şəxslər tərəfindən ölümcül döyülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Məmməd Araz küçəsi 76 ünvanında 1987-ci il təvəllüdlü Ruslan Qarayev naməlum şəxslər tərəfindən döyülüb.

Döyülən şəxs huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etsələr də, hazırda gəncin vəziyyəti hələ də ağırdır. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə