“Boing-777” tipli təyyarədə qorxulu anlar

“Boing-777” tipli təyyarədə qorxulu anlar

Xəzərin üstündən keçən Türkiyə Hava Yollarına aid təyyarə Xəzərin üstündən uçarkən təyyarənin daxili təzyiqi qəfildən azalıb

Türkiyə Hava Yollarına (THY) aid 272 sərnişini olan, Şanxay – İstanbul marşrutu ilə hərəkət edən təyyarə Xəzər dənizinin üzərindən keçərkən sərnişinlər arasında təşviş yaranıb. "Doğan"agentliyinin (DHA) yaydığı məlumata görə, Xəzərin üstündən uçarkən "Boing-777" tipli təyyarənin daxili təzyiqi qəfildən azalıb. Təşvişə düşən sərnişinlərə oksigen maskalarından istifadə etmək məsləhət görülüb. Məlumata görə, bu vəziyyət 20 dəqiqə davam edib və təyyarə normal uçuş səəviyyəsinə keçdikdən sonra sərnişinlər maskalarını çıxarıblar.

Qeyd edək ki, Şanxay – İstanbul reysi ilə hərəkət edən "Akdeniz" adlı təyyarə paytaxt Ankarada məcburi eniş edib və sərnişinlər mənzil başına başqa təyyarələrlə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə