Məhkəmə hakiminin mənzilində qaz partlayışı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhəri M.Rəsulzadə küçəsi, bina 13, mənzil 8-də qaz sızmasından partlayış olub. Mənzilə dolan qaz güclü partlayışa səbəb olduğu üçün otaqların pəncərələri yerindən çıxaraq həyətə tökülüb.
Partlayışdan sonra yanğın baş verməsə də mənzildə yaşayan Şirvan şəhər məhkəməsinin hakimi Məcidov Ələddin Tofiq oğlu və həyat yoldaşı Məcidova Təranə Sabir qızı yanıq xəsarətləri ilə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB