9 ailənin yaşadığı yataqxanada yanğın olub

9 ailənin yaşadığı yataqxanada yanğın olub

Şəkidə yataqxanada yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi saytına istinadən verdiy xəbərə görə, Şəki İpək Kombinatının 2 saylı filialının Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən, 9 ailənin məskunlaşdığı birmərtəbəli yataqxanada yanğın baş verib. Hadisə yerinə Şəki YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları tamamilə yanıb. Daha sonra yanğın genişlənərək ailələrin yaşadığı bir neçə otağa maddi zərər vurub. Yanğın zamanı xəsarət alan olmayıb. Şəki YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Faktla bağlı Şəki YMH tərəfindən araşdırma aparılır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə