Şirvanda dəhşətli partlayış olub

Şirvanda dəhşətli partlayış olub

Şirvanda yaşayış evində partlayış olub. SİA-nn Fövqəladə Hallar Nazirlinin saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə partlayış baş verib. Nəticədə mənzilin eyvanının şüşələri qırılıb, evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə