Xəzərdə 4 balıqçı itkin düşüb

Xəzərdə 4 balıqçı itkin düşüb

Xəzərin Xaçmaz rayonu ərazisində 4 balıqçı itkin düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə şənbə günü daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən 4 nəfər - 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu və 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu mühərrikli qayıqla balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıb və geri qayıtmayıb.

Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmiş və vətəndaşların axtarışına başlayıb. Axtarışlar nəticəsində gecə saatlarında 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlunun cəsədi və balıqçıların dənizə çıxdıqları qayığı ləpə sahilə çıxarmışdır.

Hal-hazırda digər 3 balıqçının axtarışları davam etdirilir. Axtarışlarda FHN 1 ədəd hilikopteri də iştirak edir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə