İndoneziyada dəhşətli zəlzələ baş verib

İndoneziyada dəhşətli zəlzələ baş verib

İndoneziyanın şərqində 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş vermişfəlakətlə İndoneziya Milli meteorologiya, iqlimşünaslıq və geofizika idarəsi məlumat yayıb. Zəlzələnin episentri Tual şəhərindən 233 km cənub-qərbdə, Moluk adaları əyalətində qeydə alınıb, mərkəzi isə 133 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunaminin baş verəcəyi ilə bağlı xəbərdarlıq edilməyib.

Qeyd edək ki, 2004-cü ildə İndoneziyada baş vermiş zəlzələ yüz minlərlə insan həlak olub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə