Kürdəmirdə iki yük maşını toqquşub

Kürdəmirdə iki yük maşını toqquşub

Kürdəmir rayonunda iki yük avtomobili toqquşub. SİA-nın verdiyi xəbərə görə, hadisə Bakı-Qazax avtomobil yolunun 185-ci kilometrliyində, Kürdəmirin Karrar kəndi ərazisində baş verib. Toqquşma "Şaqman" markalı ağır tonnajlı yük maşının qarşıdan gələn "Kamaz" markalı digər yük maşını ilə toqquşub. Baş vermiş hadisə nəticəsində ağır bədən xəsarətləri almış "Şaqman" markalı maşının sürücüsü hadisə yerindəcə keçinib. Digər maşının sürücüsü isə Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Baş verən toqquşma nəticəsində magiştralda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə