Balakən-Bakı qatarında kişi meyiti tapıldı

Balakən-Bakı qatarında kişi meyiti tapıldı

Noyabrın 21-də Balakən Dəmir Yolu Stansiyasında dayanmış Balakən-Bakı qatarında, Sarıbulaq kənd sakini Sabir Motuxovun üzərində zorakılıq əlaməti görünməyən meyiti tapılıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Xəzər rayonunun Türkan qəsəbəsindəki daş karxanasında işləyən 20-22 yaşlı Elvin adlı şəxsin də meyiti tapılıb. Onun da üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə