Evin iti uşağı parçaladı
8 günlük uşağın faciəsi

Çünki ailənin sevimlisi, ana Mikayla və ata Tomun göz bəbəyi olan 8 günlük Harri ölüb. Daha doğrusu, onu evin iti parçalayıb.

Baba Qordon Bellin dediyinə görə, 8 gün əvvəl dünyaya gəlmiş Harrini evin iti, Cekk Rassel adlı köpək öldürüb. Qan içində olan Harri xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər. Onların dediklərinə görə, it uşağın başını gəmirdiyi üçün Harri dəhşətli ağrıdan komaya düşüb, özünə gəlmədən ölüb.

Polislər iti güllələyiblər. Mikayla Harperin dediyinə görə, it ötən ay oyuncağı parçalamışdı: "Gərək onda anlayaydım, duyuq düşəydim ki, köpəyin psixikasında pozuntular başlayıb. Gərək iti küçəyə çıxaraydım".

Qonşuların dediklərinə görə, Mikayla Harper bağıraraq həyətə qaçıb və "O, oğlumu öldürdü!" qışqırıb. İngiltərənin Şropşir səmtindəki kiçik Ketli şəhərində yaşayan Harperlər ailəsi teryer cinsindən olan köpək Cek Rasselin qəflətən aqressivləşməsinin səbəbini bilmirlər.

Ekspertlər isə hesab edirlər ki, itin qəddarlaşmasının səbəbi balaca Harrinin doğulması olub. Harri doğulandan sonra bütün diqqətin uşağa yönəldiyini görən it oğlanı özünə "rəqib" bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə