Azərbaycanda sərnişin qatarı yük maşını ilə toqquşub. SİA-nın məlumatına görə, hadisə bu gün səhər saat 10.00 radələrində Zaqatala rayonu ərazisində qeydə alınıb. Bakı-Balakən sərnişin qatarı Zaqatala rayonu Göyəm keçid stansiyasında, 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Abdullayev Xəqani Əbülfəz oğlunun idarə etdiyi "Şaqman" markalı, 99 CH 045 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Qəzadan sonra teplovoz relsdən çıxaraq aşıb. Xoşbəxtlikdən sərnişin vaqonlarından relsdən çıxan olmayıb. Bu səbəbdən də qatarda olan sərnişinlərdən xəsarət alan olmayıb. "Şaqman" markalı yük maşınının sürücüsü Xəqani Abdullayev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB