Xırdalanda 4 otaqlı ev yanıb

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ev yanıb. SİA-nın nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının, mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 78 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:56-da FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə