Avtomobil 8 metr yüksəklikdən düşdü

Avtomobil 8 metr yüksəklikdən düşdü

Mingəçevir şəhərində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhər sakini 1982-ci il təvəllüdlü Tacəddin Hilal oğlu Həsənova məxsus "VAZ 2103" markalı 45 BC 286 dövlət qeydiyyat nişanlı avtomobil Naxçıvan küçəsindən Təbriz küçəsi istiqamətində yüksək sürətlə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə avtomobil səki tininə çırpılıb. 8 metr yüksəklikdən aşan avtomobil arxası üstə düşüb. Qəza zamanı avtomobilin sürücüsü Tacəddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə