Gənc oğlan intihar etdi

Şəkinin kəndlərindən birində intihar hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Şəkinin Abbas kənd sakini, 1988-ci il təvəllüdlü Rüstəmov Roman Məmməd oğlu yaşadığı evin tövləsinin çardağında özünü asıb. Mərhumun cəsədi yaxınları tərəfindən aşkar edilib. Onun özünü asmasının səbəbləri isə hələlik bəlli deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə