Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Şəhər polis şöbəsindən SİA-a verilən məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
45 BG 286 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını ilə yüksək sürətlə hərəkət edərkən Şəhər sakini Həsənov Tacəddin Hilaloğlu idarəetməni itirib və dəmiryolu xəttinin üzərindəki avtomobil körpüsündən aşaraq 10 metr aşağı düşüb. Nəticədə, avtomobilin sürücüsü Tacəddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Ömər Xıdırov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB