Şabran rayonunda noyabrın 19-u səhər saatlarında birmərtəbəli ikiotaqlı evin mətbəxində yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, hadisə nəticəsində evin əsas və arakəsmə divarları, dam örtüyü uçub, ev sahibi və iki övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB