Maştağada yol nəqliyyat hadisəsi baş verib

Maştağada yol nəqliyyat hadisəsi baş verib

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "Hyundai" markalı avtomaşının sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini yol kənarındakı daş hasara çırpıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomaşın tamamilə yararsız vəziyyətə düşüb.

Hadisədən sonra məlumat daxil olan kimi Sabunçu rnayon polis idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Yol nəqliyyat hadisəsinin sürücünün sürət həddini aşması səbəbindəq qeydə alındığı ehtimal edilir. Faktla bağlı araşdırmalar isə Sabunçu rayon dövlət yol polis şöbəsində davam etdirilir. Qəzanın dəqiq baş vermə səbəbləri isə təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə