Rusiyada helikopter qəzası

Rusiyanın İvanovsk vilayətində Mi-2 helikopteri qəzaya uğrayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Qeyd edək ki, ölənlər hadisədən əvvəl İvanovsk vilayətindəki istirahət bazasında istirahət ediblər. Sonra onlar helikopterlə gəzintiyə çıxıblar. Qəza nəticəsində ölənlərdən biri helikopterin, digəri isə istirahət bazasının sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə