Qeyri-sabit hava şəraitində sürət həddinə əməl olunmaması respublikanın avtomobil yollarında ağır qəzalara səbəb olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağcabədi rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Qəza zamanı rayonun Hacıbədəlli kənd sakini Muradov Sahib İnqilab oğlunun idarə etdiyi "VAZ 21015" markalı AZ 90 NM 389 dövlət nömrə nişanlı avtomobil yüksək sürət səbəbindən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan 1988-ci il təvəllüdlü Məhərrəmzadə Elvin Əkbər oğlu və Qasımov Arif Cümşüd oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər.
Avtomobilin sürücüsü Muradov Sahib İnqilab oğlu və digər sərnişin Murtuzov Hüseyn Nurəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Baş verən hadisə ilə bağlı rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163.3 maddəsi ilə cinayət işi açılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB