Quba rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayon sakini 25 yaşlı Murad Qurbanovun idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb, sürücü isə hadisə yerində ölüb. Meyidi maşından çıxarmaq mümkün olmadığı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.
İlkin ehtimala görə, qəzanın baş verməsinə yolun sürüşkən olması və sürücünün idarəetməni itirməsi səbəb olub. Avtomobil Mövlud Qurbanovun atasına məxsusdur və o qohumunun toyuna gedən zaman hadisə baş verib. Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB