Evlərdən oğurluq edən şəxs yaxalanıb

Evlərdən oğurluq edən şəxs yaxalanıb

Yevlax polisi evlərdən oğurluq edən şəhər sakinini yaxalayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Yevlaxın Kövər kənd sakini Əhliyyət Rəsulov evindən qızıl-zinət əşyalarının oğurlandığı barədə polisə müraciət edib. Araşdırmalara başlayan əməliyyat qrupu oğurluğu törədən şəxsi saxlayıb.

Araşdırmalar zamanı məlum olub ki, cinayəti törədən şəxs 10-a yaxın digər mənzillərdən də zinət əşyaları oğurlayıb. Əvvəlki cinayətlərinə görə məhkəmə qərarı ilə ev dustağı edilib.

Qeyd edək ki, faktla bağlı Yevlax şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə