Betonqarışdıran avtomobil aşıb

Gədəbəy rayonu Arıqdam kəndində "KAMAZ" markalı betonqarışdıran avtomobili aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində sürücü və 1 nəfər sərnişin yaralı vəziyyətdə yanğınsöndürən-xilasedicilər vasitəsilə avtomobildən çıxarılıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə