Baş Prokurorluq jurnalistin qətli ilə bağlı məlumat yaydı

Baş Prokurorluq jurnalistin qətli ilə bağlı məlumat yaydı

Noyabrın 11-də saat 19:00 radələrində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bundan sonra M.Mənsimov otaqda divara vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.

Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Sevinc Mənsimli "Qafqazinfo" saytının idman yazarı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə