Şirvanda qaz sızması ailə faciəsinə yol açdı

Şirvanda qaz sızması ailə faciəsinə yol açdı

Ana və oğul can verdi

Şirvan şəhərində qaz sızması hadisəsi baş verib. SİA-nın Aran bürosuna Polis Şöbəsindən verilən məlumata görə, ötən gecə saat 4.30 radələrində Şirvan şəhəri H.Əliyev küçəsi, 2a, mənzil 41 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Caniyeva Zülfiyyə Viktor qızı və onun oğlu, 1995-ci il təvəllüdlü Salmanov Həsən Ramiz oğlu qaz sızmasından boğularaq ölüblər.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə