Qonşular arasında düşən mübahisə sonunda qan töküldü. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtərdə baş verən hadisədə mübahisə zəminində rayon sakini Hekannijat Məhərrəm həmyerlisi Yusif Mahmudovu bıçaqlayıb. Üstündə gəzdirdiyi cib bıçağı ilə qonşusuna xəsarət yetirən 56 yaşlı kişi hadisə yerindən qaçıb. Bıçaq xəsarəti alan Yusif Mahmudov isə ətrafda olan insanların köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hekannijat Məhərrəm tutularaq polisə gətirilib.
Qeyd edək ki, polis Məhərrəm Hekannijat barəsində CM-nin 221.3 maddəsi ilə cinayət işi başlayaraq istintaq aparır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB