Şri-Lankanın ən böyük həbsxanalarından birində baş verən qarşıdurmada azı 27 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Kolomboda yerləşən Velikada həbsxanasında məhbuslar arasında axtarış keçirilməsi nəticəsində başlayıb.
Bu zaman məhbuslar polislərə hücum edib və onlara daş atıb. Polis isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Hadisə məhbusların həbsxananın cəbhəxanasından silah oğurlayaraq polisə atəş açması nəticəsində böyüyüb. Ölənlər arasında hər iki tərəfin nümayəndəsi olub.
Zorakılığın qarşısı həbsxanaya hərbçilərin gətirilməsi ilə alınıb. Hadisə zamanı azı 59 nəfər yaralanıb. Onlardan 51-i xəstəxanaya çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB