Ucarda zəncirvari qəza: 9 yaralı

Ucarda zəncirvari qəza: 9 yaralı

Ucar rayonunda ağır avtonəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, rayonun Bərgüşad kəndi ərazisində baş verən zəncirvari qəzada "Mercedes", "Wolksvagen" və "VAZ 21014" markalı avtomobilər toqquşub. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti çox ağır olduğundan hadisə yerindən təcili tibbi yardım maşını ilə Bakıya yola salınıb. Yaralananlardan 5-i bir ailənin üzvüdür.

Hadisə yerinə Dövlət Yol Polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. ​Faktla bağlı araşdırma başlayıb.

Hadisənin kimin günahı ucbatından baş verdiyi avto-texniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə