Şirvanda Dəmir Yol stansiyasında yanğın olub. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Şirvan şəhərinin dəmir yol stansiyasının Reslərin Çeşidlənməsi stansiyasının 3 mərtəbəli binasında nizamlanma otağında yangın hadisəsi baş verib. Yanğından Mühafizə İdarəsinin hadisə yerində olan rəisi Ramil Şıxəliyevin açıqlamasına görə, saat 14:14-də daxil olmuş məlumat əsasında hadisə yerinə briqada cəlb olunmuş və yanğının qarşısı alınaraq söndürülmüşdür. Yangın stansiyanın rele otağında baş verib və xəsarət alan olmayıb. Yanğına səbəb ilkin versiyaya görə elektirik xəttlərində yaranmış qısa qapanma olub.
Yanğın olan ərazidə olan Şirvan şəhər Dəmir Yol stansiyasının rəisi Qərib Məhərrəmov binada yanğının baş verməsi barədə məlumat verməkdən imtina edərək, "bu binanın mənə aidiyyatı yoxdur" deyə bildirib. Qərib Məhərrəmovun aidiyyətı olmadığı halda hadisə yerinə uzaq və bataqlıqlı yollardan keçərək gəlməsi bizim də marağımıza səbəb oldu.
Faktla bağlı araşdırma aparılır.





İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB