25 yaşlı hərbçimizin faciəsi

Yevlax-Ağdam yolunun 15-ci kilometrliyində hərbçimizin ölümü ilə nəticələnən yol qəzası baş verib. Azərbaycan Silahlı Qüvvələrinin giziri Babək Abdullayevin idarə etdiyi "VAZ-2105" markalı avtomobillə Yevlax istiqamətində hərəkət edən "Zil" markalı yük maşını toqquşub. Hadisə nəticəsində 25 yaşlı gizir Babək Abdullayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə