18 nəfər silahlı basqının qurbanı oldu

18 nəfər silahlı basqının qurbanı oldu

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində silahlı şəxslər yanacaqdoldurma məntəqəsinin (YDM) yanında dayanmış avtobusu atəşə tutublar. SİA-nın məlumatına görə, nəticədə avtobus və YDM-də olan benzin dolu sisternlər partlayıb.

Hadisə ən azı 18 nəfərin həlak olması ilə nəticələnib. Onların çoxu partlayış zamanı həlak olublar, lakin bir neçə nəfər atışmada öldürülüb. Öldürülənlər arasında uşaq da var. Partlayışdan sonra başlanan yanğın yaxınlıqdakı dükanlara da keçib.

Qeyd edək ki, silahlıların kimliyi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə