Saatlıda "KamAZ" qatarla toqquşub

Saatlıda "KamAZ" qatarla toqquşub

Saatlıda "KamAZ" qatarla toqquşub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saat təqribən 08:30 radələrində Saatlı rayonu ərazisində İmişli rayonun Aranlı kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Ceyhun Xudayar oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə İmişli rayonuna tərəf hərəkətdə olarkən Saatlının Becar-Məzrəli dəmir yol xəttinin 99 km-də qoruqsuz keçiddə qatarla toqquşub. Nəticədə Ceyhun Xudayar oğlu Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Saatlı MRX nin cərahiyyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilib və müayinə zamanı xəstənin baş nahiyyəsində çoxsaylı kəsilmiş deşilmiş yaralar, alt çənənin yerini dəyişən sınığı, kürək nahiyyəsində kəsilmiş deşilmiş yaralar diaqnozu qoyulub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə