Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Ələt-Astara magistral yolunun 24-cü kilometrliyində Salyanın Kürsəngi kəndi ərazisində Cəlilabad rayonunun Adnalı kənd sakini, 35 yaşlı Zaur Əli oğlu Əliyev idarə etdiyi "BMV" markalı maşınla Astara istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın yoldan kənara çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Qəzada sürücü də daxil olmaqla bir ailənin 4 üzvü - sürücünün həyat yoldaşı, 25 yaşlı Röyalə Məmmədova, 5 yaşlı oğlu Kamran Əlizadə və bacısı 29 yaşlı Elnarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gələn təcili yardım maşını ilə xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına aparılıb.
Elnarə Əliyevanın vəziyyəti ağır olduğundan xəstəxanaya çatmamış yolda keçinib. Digər xəsarət alanlara xəstəxanada ilk tibbi yardım göstərilib. Qəzaya səbəb sürət həddinin aşması ehtimal olunur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB