İki azyaşlı övlad atası, 25 yaşlı Elməddin Quliyev hadisə yerində dünyasını dəyişib
Tərtərdə mina partladı

Tərtər rayonunun Qapanlı kənd sakini minaya düşüb. Kənd sakini, 1987-ci il təvəllüdlü Elməddin Cəfər oğlu Quliyev təmas xətti yaxınlığında minaya düşüb. Ərazidən atla keçən E. Quliyev hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun iki azyaşlı övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə