Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda məhkəmə binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub. SİA Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, dərhal Nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıb. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə axtarış işləri aparıblar. Məhkəmə binasında və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməyib. Əməliyyat saat 11:31-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB