Bakıda orta məktəbdə partlayış oldu

Bakıda orta məktəbdə partlayış oldu

Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə sinif otağında olub.

İlkin məlumata görə, yaralılar var. Deyilənlərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə bildirib ki, hadisə yerinə 7 həkim briqadası göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə