Daha bir intihara cəhdin qarşısı alınıb. SİA FHN-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli parkda Dəmir konstruksiyalı Saat qülləsində bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.
Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 30-40 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub. Xilasedicilər vətəndaşla aparılan danışıqlar zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını almışlar. Xilasetmə əməliyyatı saat 19:58-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB