Cinayətkar həbs edildi

Bakıda 69 yaşlı qadını boğaraq qətlə yetirən şəxs həbs edilib. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü Məhərrəmov Sabir Əhməd oğlu tutularaq istintaqa təhvil verilib. Hadisəni törədən şəxs mərhumla qeyri-rəsmi nikah münasibətlərində olub.

Qeyd edək ki, məlum hadisə bu gün səhər rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1943-cü il təvəllüdlü Kərimova Vera İvanovnanın boğularaq qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə