Mal-qara oğruları yaxalanıb

Hacıqabulda sürüylə mal-qara oğurlayan canilər yaxalanılıb. SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul polis şöbəsinin əməliyyat işləri üzrə müavini Elşad Məmmədov bildirib ki, 14 oktyabr 2012-ci il tarixdə Udulu kənd sakinləri Hüseynov Ağalar Məmməd oğlu 1 baş, Qocayev Ələsgər Rüstəm oğlu isə 9 baş iri buynuzlu mal-qarasının oğurlanması barədə şöbəyə rəsmi şikayətlə müraciət ediblər.

Dərhal əməliyyat istintaq qurupu yaradılaraq hadisə yerinə çıxılmış və təxirəsalınmaz tədbirlər nəticəsində 10 baş inək oğruları Hacıqabul rayon sakinləri 1981-ci il təvəllüdlü Eminov Niyaməddin Dostəli oğlu və 1990-cı il təvəllüdlü Səfərov Cavid Fərman oğlu şübhəli şəxs qismində saxlanılmışdır. Hər 2 şəxs törətdikləri əməlləri etiraf etdikdən sonra barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilmişdir. Faktla bağlı AR CM-nin 177.2.1 və 177.2.4 maddələri ilə cinayət işi başlanılıb. Tutulan şəxslərin digər oğurluq hadisəsi törətmələri araşdırılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə