Yeni Zellandiyada zəlzələ baş verib

Yeni Zellandiyada zəlzələ baş verib

Yeni Zellandiyanın şimalında 5.5 bal gücündə zəlzələ baş verib. Açıqlamalara görə zəlzələ dənizin 110 km dərinliyində baş verib. Paytaxt Vellinqtondan 300 km aralıda baş verən zəlzələ burada da hiss edilib. Hadisə nəticəsində sakinlərə və tikililərə ziyan dəyməyib.

"Sakit okean odlu həlqəs"ində yerləşən Yeni Zellandiyada 2011- ci ilin fevral ayında baş verən zəlzələdə 185 nəfər ölmüşdü.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə