Sürücü avtobusun sükanı arxasında öldü

Sürücü avtobusun sükanı arxasında öldü

Bakı avtobusunda sərnişinlər vahiməli anlar yaşadılar

Ötən gün axşam saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində sərnişin avtobusunda baş verən ölüm hadisəsi sərnişinləri şoka salıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Əhmədli qəsəbəsinə doğru hərəkət edən "Daewoo" markalı, 10TF 823 dövlət nömrə nişanlı 2 saylı sərnişin avtobusunun sürücüsü, 56 yaşlı Məlik Mamed oğlu Vahidov dünyasını dəyişib.

Hadisə sürücü sükan arxasında olarkən baş verib. Onun halı avtobusü idarə edərkən qəflətən pisləşib və ölüb. Sərnişinlər hadisədən təşvişə düşsələr də, onlardan biri avtobusu dayandıra bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə