Tələbə özünü yandırdı

Şanlıurfada Harran Universitetinin tələbəsi 21 yaşlı Serdal T. özünü yandırıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə saat 18:30 radələrində Şanlıurfa-Mardin Quru yolunun 25-ci kilometrində olan Harran Universitetinin Osmanbəy Korpusunda baş verib. Bir anda alov topuna dönən gənc təcili yardımla xəstəxanaya aparılıb. Vəziyyəti ağır olan gəncin həyati təhlükəsi olduğu bildirilib. Hadisə yerində araşdırma aparan polis isə özünü yandıran tələbənin psixoloji problemləri olduğunu bildirib.

Xəbərdən sonra universitetə çoxlu sayda terrorla mübarizə qrupları sövq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə